İcra başçısı şəhid Hüseynov Eşqinin anası Qələndərova İntizarı 55 illik yubileyi münasibəti ilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüsənli
kəndində 55 illik yubileyi münasibəti ilə şəhid Hüseynov Eşqin Cəsarət
oğlunun anası Qələndərova İntizarı ziyarət edərək, onu təbrik edib, şəhid
ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş
tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən
təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Hüseynov Eşqin Cəsarət oğlu 20 yanvar 1998-ci ildə rayonun Hüsənli
kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun
Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 29 sentybar 2020-ci il
tarixdə 22 yaşında şəhid olub və doğulduğu Hüsənli kəndində dəfn olunub.
Eşqin Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”,
"İgidliyə görə" medalları ilə təltif olunub.
Şəhidin valideynləri övladları ilə həmişə qürur duyduqlarını bildirib, şəhid
ailələrinə göstərilən diqqət  qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 10-05-2024, 22:16
Xəbəri paylaş





Xəbər lenti