Göyçayda sakinləri narazı salanlar...- VİDEO(FOTO)
"Göyçay rayonu Çaxırlı kənd sakini iş adamı Əsgərov Vidadi Faxrət oğlu Çaxırlı kəndində 20 hektardan çox örüş yerini qanunsuz qazaraq yaratdığı sünü gölün kənarında olan çoxlu sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv etmişdir. Həmin yurğun və söyüd ağaclarının yandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliynə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib. Həmin vaxt Vidadi Əsgərovun bu qanunsuz işi görməsi təsdiq edilsədə indiyə qədər heç bir tədbir görülməyib.Buda onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi bu əməlinində üstünü ört-basdır etməyə nail ola bilmişdir". Bu barədə Siam.az-a göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra qeyd olunur: "Vidadi Əsgərovun qanunsuz əməllərinin üstünü öz marağına görə ört-basdır edən vəzifəli şəxslər özləri cəzalanmalıdırlar. Çünki Vidadi Əsgərovun qanunsuz yaratdığı sünü göl 3 km-dən çox ərazinin torpaqlarını şoranlaşdırıb məhv edir məhsuldarlığı aşağı salır. Həmçinin çoxlusayda yurğun və söyüd ağaclarını yandırmaqla təbiətə və ekologiyaya ciddi ziyanlar vurub. Vidadi Əsgərovun yurğun və söyüd ağaclarını yandırıb məhv etməsi cinayət əməli hesab olunur.
Azərbaycan Respublikasının 260.2-ci maddəsinə əsasən yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vidadi Əsgərov qəsdən meşə fonduna aid olmayan ağac və kolları yandıraraq məhv etmişdir.
Həmçinin Vidadi Əsgərov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb. Həmin göldən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edir.Nəticədə həmin gölün ərazisinə aid torpaq sahəsinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Şəxsən bizim 5, 27 hektar torpaq sahəmizdə saldığımız bağın 2108 ədəd ağacı bu gölə görə quruyub məhv olmuşdur.
Bütün bunlar göz qarşısında baş vermiş qanunsuz əməllər olsada pul hesabına üstü ört-basdır edilir.Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək.Buna görə Azərbaycana dünyanın bütün ölkələrindən nümayəndələr gələcək.Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.
Vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları təbiəti bir yerdə qorumalıyıq.Öz şəxsi maraqlarına görə ekologiyaya, təbiətə küllü miqdarda ziyanlar vuran Vidadi Əsgərov və onu himayə edən vəzifəli şəxslərə qarşı birgə mübarizə aparıb onları qanunlara tabe etməliyik.
Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı mərkəzi orqanlar tərəfindən komissiya yaradlıb ərazidə təcili yoxlama aparılsın yurğun və söyüd ağaclarını yandırıb məhv etdiyinə və 20 hektardan çox örüş torpağnda qanunsuz süni göl yaradıb təbiətə, ekologiyaya, dövlətə, kənd təsərrüfatına və sakinlərə küllü miqdarda ziyanlar vurduğu üçün Əsgərov Vidadi Faxrət oğlunun və onun cinayət əməllərinin üstünü ört-basdır edən vəzifəli şəxslərin barəsində təcili və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".