Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?
"Vətən Savaşında iştirak etmiş, iki qardaş, iki veteran və ya iki Qazimizin təcili xalqa - Sizə, bizə, vicdanlı bacı-qardaşlara ehtiyacı var..." Dia-az.info xəbər verir ki, bu Xaçmaz sakinlərinin etdiyi müraciətdə yer alıb. Müraciətdə daha sonra deyilir: "Onlar iki qardaşdır və ikisi də Qarabağ döyüşçüsü olub. Qardaşın biri ayağın itirib, birinin isə qabırğası sınıb. Ayaqlari yanıb və o da 2 kilodan artıq yük götürə bilməz.
Buna baxmayaraq o məcburən fəhlə işləyir və o pulnan borclarını bağlama, serebral iflici xəstəsi balasını sağaltmaq istəyir. Amma onlar bunu bacara bilmir. Çunki həm borc yiyələri pulunu istəyir, həm də xəstəliyi buna imkan vermir..."
Müraciət müəllifləri qardaşların çətin durumda olduqlarını qeyd etməklə yanaşı onların təcili dəstəyə ehtiyaclarının olduğunu da vurğulayırlar. Hər halda rəsmilərimiz bu faktı mütləq nəzərə almalıdır...