İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Emin Abbaszadənin doğum günü nünasibəti ilə ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının
sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon
şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri
Faiq Məmmədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə doğum günü nünasibəti ilə
antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun adına inşa edilmiş
bulağı ziyarət edib, önünə gül dəstələri düzüb, məktəblilər Vətənə və şəhidlərə aid şeirlər
səsləndiriblər.
Sonra İcra başçısı və qonaqlar şəhidin ailəsində olub, onların qayğıları və problemləri ilə
maraqlanıblar.
Görüşdə şəhid haqqında doğmalarının xatirələri dinlənilib, doğmaları ilə birlikdə şəhidin
keçdiyi döyüş yoluna nəzər salıb.
Qeyd edək ki, şəhid Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun
Kəngərli kəndində anadan olub. O,19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb və
Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif
olunub.
Rayon rəhbəri şəhidin valideynlərinə Emin kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün
öz təşəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə
əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və
Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 16-05-2024, 10:23
Xəbəri paylaş





Xəbər lenti