Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib

Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kəbirli kəndində
Birinci Qarabağ müharibəsi əlili Vəliyev Vəkil Əşrəf oğlunu evində ziyarət edib,
onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu
gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz
bərpa edilib.
Qeyd edək ki, Vəkil Vəliyev 1993-cü il sentyabr ayının 2-də könüllü olaraq
müharibəyə yollanmış və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak
etmişdir. 1994-cü il yanvar ayının 7-də həmin istiqamətdə düşmən minasına
düşərək hər 2 ayağını itirmişdir.
Vəkil Vəliyevə müharibə zamanı aldığı xəsarətlərə görə birinci dərəcəli əlillik
təyin edilmiş, dövlət tərəfindən fərdi ev və avtomobillə təmin olunmuşdur.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Rayon rəhbəri Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib

Tarix: 16-05-2024, 16:53
Xəbəri paylaş





Xəbər lenti