Fermerlə icra hakimiyyəti arasında icarə qalmaqalı
Daşkəsəndə fəaliyyət göstərən fermer Akif Rzayevlə Daşkəsən Rayon İcra Hakimiyyəti arasında qalmaqal yaranıb. Siam-az.com-un məlumatına görə, qalmaqal icarə müqaviləsi ilə əlaqədardır.
Akif Rzayev bununla bağlı məhkəməyə müraciət edib. Onun iddiasına Gəncə Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Ramiq Qələndərzadənin icraatındadır.
Azərbaycanın ilk fermerlərindən olan Akif Rzayev bir neçə il əvvəl Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyevlə aralarında olan qarşıdurma ilə gündəmə gəlib. Həmin vaxt fermer iddia edirdi ki, Əhəd Abıyev onun icarəsində olan ərazini başqa şəxslərə satmağa çalışır. Akif Rzayev eyni zamanda keçmiş icra başçısını onun təsərrüfatına ziyan vurmaqda ittiham edirdi.
Əhəd Abıyev isə fermerin iddialarının əsassız olduğunu deyərək, onun 300 hektar ərazini zəbt etdiyini bildirirdi.
Görünür, Əhəd Abıyevin dövründən qalma bu problem indi də davam edir.
qaynarinfo.az
Tarix: 31-05-2024, 23:09