Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu
İyunun 1-də Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə
Şıxarx qəsəbəsində yerləşən Klub-İcma Mərkəzində şəhər 5 saylı körpələr evi-uşaq
bağçası tərəfindən “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş
tədbir keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər
rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, 5
saylı körpələr evi-uşaq bağçasının kollektivi, şəhid və qazi övladları iştirak ediblər.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
bayram tədbirinə toplaşan uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və
onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi
rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması,
onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata
keçirilir, uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkçə
rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə
verilib.
Rayon rəhbəri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət
səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra uşaqların ifasında maraqlı konsert proqramı təqdim edilib, bayram münasibəti ilə
rayon rəhbəri tərəfindən uşaqlara hədiyyələr paylanılıb.
Tarix: 2-06-2024, 09:30