İcra başçısı şəhid Ceyhun Hacızadənin anası Qətibə Hacıyevanı 55 illik yubileyi münasibəti ilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon
Təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu kəndində 55 illik yubileyi münasibəti ilə
şəhid Hacızadə Ceyhun İsrail oğlunun anası Qətibə Hacıyevanı ziyarət edərək, onu
təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid
valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti
tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə
göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının
işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və
qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər
kəsin mənəvi borcudur.
Qeyd edək ki, şəhid Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun
Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın
işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində
könüllü iştirak edib və 2020-ci il oktyabr ayının 7-də Suqovuşan istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu
şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə
görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm
Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 2-06-2024, 09:46
Xəbəri paylaş





Xəbər lenti