Hələ iki ay əvvəl redaksiyamıza verilən çoxsaylı məlumatlar əsasında Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun topdağıtmaz sərvəti və onun rəhbəri olduğu təhsil ocağında törətdiyi qanunsuzluqlar və korrupsiya halları barədə məlumat vermişdik.Həmin məqalələr dərc ediləndən bir müddət əvvəl Şəki Musiqi Texnikumunda müəllim işləmiş Töhrablı Xəyalə Töhrab qızı Şəki Uşaq İncəsənət Məktəbinə müdir müavini təyin edilmişdir. Şəki Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi həmin şəxsin direktor müavini təyin ediləndən sonra daha öncə direktor tərəfindən edilən qanunsuzluqların aradan qaldırılacağını gözləsələr də Eldar Rəcəbov Xəyalə Töhrablının yanında toya getməli olub. Atalarımız yaxşı deyib, “gəlin ocağa gələr”. Xəyalə xanım sağolsun gələndən kollektivə elə tufan tutub ki, daha öncə direktor Eldar Rəcəbovdan əlhəzar edən müəllimlər Eldar Rəcəbova şükür etməli olublar.
Belə ki, Xəyalə Töhrablı məktəbə ayaq basan elə ilk gündən necə deyərlər, öz islahatlarına başlayıb. Gələn kimi özünə və direktora yaxın olmayan müəllimlərin dərs saatlarını azaltmağa, həmin müəllimlərin şagirdlərini təsir və təziqlə məktəbdən uzaqlaşdırmağa başlayıb. Hal-hazıradək məktəbdən təxmini 30 yaxın şagird uşaqlaşdırılıb. Bir neçə müəllim təyziq və təsir ilə işdın çıxarılıb. Hətta Xəyalə müəllimə islahatlar o qədər sərt həyata keçirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən müəlliməni də işdən çıxarıb. Həmin müəllimə nə qədər xahiş etsə də gözünün yaşına belə baxmayıb.
Məktəbin müəllimləri Xəyalə müəlliməyə bu qanunsuzluqlara və özbaşnalıqlara qarşı öz eirazlarını bildirəndə isə hamını atası Töhrab müəllimlə qorxuzur və bildirir ki, “mən Törabın qızıyam”. Məlumat üçün qeyd edək ki, Törab müəllim uzun illər Şəki Musiqi Texnikununun direktoru işləyib və işlədiyi dörvdə özünə sözün həqiqi mənasında topdağıtmaz sərvət toplayıb. Onun sərvəti o qədərdi ki, hətta vəzifədən çıxdıqdan sonra Şəki şəhəri, M.Müşviq küçəsində yerləşən, 10 ilə yaxın tikintisi davam edən 1.000.000 manat dəyərində villa inşa etmişdir. Onun şəkidə villalarının sayı hesabı yoxdur. Hətta Şəki şəhəri, M.Müşviq küçəsində yerləşən keçmişdə “qəssab Əyyubun evi” adlandırılan evi də alaraq qızı Xəyalə müəlliməyə hədiyyə etmişdir.
Töhrab müəllimin “layiqli” davamçısı olan Xəyalə müəllimə də atasının izi ilə gedərək ilk öncə Şəki Muqisi Kollecində müəllimə işləmiş və həmin dövrdə də atasının yolunu gerərək 50 manat almamış tələbələrə qiymət yazmamışdır.
Məktəbə müdir müavini təyin edəndən dırnağarası islahatlara başlayan Xəyalə müəllimə bır sıra müəllimələrin dərs saatlarını azaltmış və daha sonra hansısa səbəbdən bəzi ımüəllimlərin dərs saatlarını geri qaytar müəllimlər arasında bölüşdürmüşdür.
Hətta Xəyalə müəllimə islahatları çərçivəsində yeni qayda qoyub ki, gələn ildən şagird gəlib müəllimin şəklinə baxaraq müəllim seçəcək, dərslər də ona uyğun bölünəcək. Hətta müəllimlərə deyib ki, sizi özüm atestasiya edəcəyəm. Lakin qanunvericiliyin tələbinə əsasən atestasiya nazirlik tərəfindən edilə bilər. Hətta müəlimələrdən birindən uşaqların yanında sorğu sual edərək Azərbaycan Respublikasının gerbinin ölçüsünü soruşub, həmin müəllimə də Xəyalə müəllimədən Şəki Regional Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə şikayət edib. Şikayətlə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsindən Xəyalə müəllimənin izahat verilməsi tələb etdikdə o, atam gəlməsə izahat verməyəcəm deyərək özünü gülünc vəziyyətə saldırıb. Həmin hadisədən sonra artıq Xəyalə müəllimənin atası Töhrab müəllim tez-tez məktəbə gəlib gedir və nəzarət edir.
Müəllimlər Xəyalə Töhrablıya etirazlarını bildirdikdə o deyir ki, gedin hara istəyirsiz şikayət edin, mən nazirə də bildirmişəm ki, Şəki şəhərinə bir musiqi məktəbi bəs edər, gərək 3 müsiqi məktəbindən sadəcə biri qalsın, bu məktəbə də 150 müəllim çoxdur çoxunu çıxarıb sadəcə 65 müəllim saxlayacam, xoşunuz yoxdur ərizənizi yazın çıxın işdən.
Xəyalə müəllimə kollektivdən qayda qanun tələb etsə də özü qayda qanuna əməl etmir, istəyəndə məktəbə gəlir, istəməyəndə gəlmir. Hər dəfə ya deyir hüzürə getmişəm, ya da toya.
Xəyalə müəllimə məktəbə 6 aylıq sınaq müddəti ilə müdir müavini təyin edildiyindən qaydalara əsasən dərs deyə bilməz, lakin bir müddət sonra özünə dərs yazaraq pul mənimsəməyə başlamış və dərslərə girməyərək dərslərin boş keçməsinə səbəb olmuşdur.
Məktəbin direktoru Eldar Rəcəbovun oğlu, Arazın, qaynının oğlu Orxanın dərs saatlarını 1 saat azaltmağına baxmayaraq daha sonra direktorla dil taparaq onların dərs saatalarını geri qaytardı. Həmin müəllimlər də daha öncə olduğu kimi dərslərə ayda ildə bir dəfə gəlir, lakin digər müəllimlərə qarşı tələbkar olan Xəyalə müəllimə həmin müəllimlərin dərsə gəlməmələrinə göz yumur.
Göründüyü kimi məktəbin direktoru Eldar Rəcəbov tərəfindən topdağıtmaz sərvət yığdıqdan sonra hazırda növbə Xəyalə Töhrablıdadır.
Qeyd edək ki, hazırda Şəki Uşaq İncəsənət Məktəbində bir ikitirəlik yaranıb. Bizə verilən məlumatlara görə Xəyalə Töhrablının məktəbdə direktor müavini vəzifəsinə keçməsində atası Töhrab Hüseynovun rolu olub. Vaxtı ilə Şəki Musiqi Kollecinin direktoru olmuş Töhrab Hüseynov şəxsi əlaqələri vasitəsi ilə nazir Adil Kərimliyə çıxaraq qızının direktor vəzifəsinə təyin olunmasını xahiş edib. Təbii ki, qarşılıqlı razılaşmalar əsasında.
Verilən digər məlumatlarda isə məktəbin direktoru Eldar Rəcəbov bir həftə əvvəl Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinə çağırılıb. Bakıdan geri qayıtdıqdan sonra Eldar Rəcəbov məktəbdəki yaxınlarına ” məsələni həll etdim, heç kim mənə toxuna bilməz” -deyə bildirib.
Buradan belə çıxır ki, Mədəniyyət Nazirliyində hər iki şəxsə, həm direktor Eldar Rəcəbova, həm də müavini Xəyalə Töhrablıya ümid verilib. Odur ki, yaxın bir- iki ayda Şəki Uşaq İncəsənət Məktəbində dəyişiklər olacağı gözlənilir. Burada kimin güclü olacağı da yaxın aylarda bəlli olacaq.
Aktualinfo.org
P.S. Redaksiyamıza verilən məlumata görə 2016-cı ilin dekabr ayında Şəki Regional Mədəniyyət İdarələrinin tabeliyində olan bütün musiqi məktəblərində əmək haqqı verilməmiş və bir aylıq əmək haqqı rəhbərlik tərəfindən mənimsənilmişdir. Həmin vaxtı müəllimlərə deyilmişdir ki, səsinizi çıxarmayın hər şey yaxşı olacaq, əmək haqqınız veriləcək. Hətta həmin dövrdə bütün işçilərlə gecə ikən telefon vasitəsi ilə əlaqə saxlanılaraq əmək haqqı kartlarının bank məlumatları götürlümüş və nəsə maxinasiya edilmişdir. Hal-hazıradək də həmin ayın əmək haqqı işçirərə ödənilməmişdir. Bununla bağlı araşdırmalarımızı davam etdiririk.
Tarix: 3-06-2024, 23:15