Tərtər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin
birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun -
Dünya Velosiped Günü" ilə əlaqədar Tərtər rayonunda veloyürüş keçirilib.
Bayraq meydanından başlayaraq 3 km məsafəni əhatə edən marşrut Mərkəzi
meydanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir
keçirilib. Tədbirdə Tərtər RİH başçısının birinci müavini Elvin Umudov,
Qarabağ Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri
Şəhram Quliyev, İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov çıxış
edərək, yürüş iştirakçılarına təbriklərini çatdırıblar. Yürüşdə 20-ə yaxın
həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali
arasında tanıdılması, sağlam həyat tərzinin təbliği  bu nəqliyyat
vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.
Sonda velosipedçilər Qarabağ Regioanal Gənclər  İdman İdarəsinin
müvafiq sertifaktları ilə təltif olunublar.
 
Tarix: 4-06-2024, 22:29
Xəbəri paylaş





Xəbər lenti