Tərtər Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib


Hesabat iclasında Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov,
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev,
aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri,
ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Şəhərin mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov iştirakçıları
salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin
nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa
sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində
ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev
çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-
siyasi həyatında ağsaqqalların rolunun artdığını və cəmiyyətimizin bütün sahələrində
fəallıqları təmin edilib. Bu diqqət  qayğı hazırda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Son illərdə
tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu
sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə
yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov illik hesabat məruzəsi ilə çıxış
edərək qeyd edib ki, Şuranın üzvləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak
edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda
formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından
iştirak edirlər.
Çıxış edən rayon ağsaqqallar Şurasının üzvləri-şəhid atası, Birinci Qarabağ
Müharibəsinin əlili Akif Lalayev və Azad Qaraqoyunlu kənd ağsaqqalı Arif Hüseynov
ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini
vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət  qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 5-06-2024, 23:17
Xəbəri paylaş





Xəbər lenti