Bərbad yolun çarəsiz qoyduğu əhali

Bərbad yolun çarəsiz qoyduğu əhali
Cəlilabad rayonunun Hacıcavad kəndinin sakinləri yol problemindən şikayətçidirlər.

Sakinlər bildiriblər ki, qış aylarında yolun palçıq olması səbəbindən daha çox əziyyət çəkirlər.

Sürücülər isə qeyd ediblər ki, yolun asfaltsız olmasına görə təcili tibbi yardım maşınları kəndə gəlmir, öz avtomobilləri isə tez-tez xarab olur.

Bələdiyyə sədri Asəf İsmayılov məsələ ilə bağlı bildirib ki, sözügedən kəndin dörd min manata yaxın vergi borcu var:

"Yaxın vaxtlarda sakinlərlə söhbətlər aparılacaq və vətəndaşlar vergini ödədikdən sonra yolun təmir-bərpası həyata keçiriləcək".

Ətraflı Baku TV-nin süjetində:

Tarix: 6-06-2024, 12:26
Xəbəri paylaş





Xəbər lenti