Tərtərdə Qarabağ Universitetinə qəbulla bağlı məzunlarla maarifləndirici görüş keçirilib


Qarabağ Universitetinin rektoru Şahin Bayramov Tərtər Rayon İcra
Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Qarabağ Regional Təhsil
İdarəsinin müdiri səlahiyyətlərini icra edən idarə müdirinin müavini Anar
Məcidovla birlikdə Tərtər şəhər 5 saylı tam orta məktəbdə olublar.
Məqsəd Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən
ümumtəhsil məktəblərində təhsil alan, buraxılış imtahanlarında 200 baldan
çox nəticə göstərən onbirinci sinif şagirdləri ilə Qarabağ Unversitetinə
tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparmaq, onları Qarabağ
Unversitetində təhsil almağa cəlb etmək olub.
Məlumat üçün bildirək ki, yeni tədris ilində Qarabağ Universitetində 1200
nəfər tələbənin təhsil alacağı nəzərdə tutulub.
Bununla bağlı rektor məzunlara çağırış edib: "Peşəkar mütəxəssis olmaq,
layiqli vətəndaş kimi yetişmək, maraqlı tələbə həyatı yaşamaq, eləcə də
Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi
olmaq istəyən bütün gəncləri Qarabağ Universitetində gözləyirik. Qarabağ
Universiteti ailəsinin üzvü olmaq şərəfli və qürurvericidir".
 
Tarix: 7-06-2024, 22:26
Xəbəri paylaş





Xəbər lenti