Tərtərdə 15 iyun – Milli Qurtuluş Günü qeyd olunub


15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP
rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon
təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon
Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, veteranlar, idarə,
müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə,
mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti
olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra tədbir rayon icra hakimiyyətinin Akt zalında davam etdirilib. Əvvəlcə Dövlət
himnini səsləndirilib, Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli
Qurtuluş Günü münasibəti ilə təbrik edib. Rayon rəhbəri bildirib ki, tariximizə Milli
Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai,
siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il
iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik
tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin
sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter
almasına nail oldu, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın
nicatına yol açdı, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən
qurtularaq güclü bir dövlətə çevrildi. Bu günün mənası təkcə ölkənin xaos 
anarxiyadan xilas edilməsi, xarici  daxili düşmənlərin Azərbaycanı parçalamaq,
müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu
tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri
tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhər 1 nömrəli tam orta məktəbin
direktoru Amil Hüseynov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor
müdiri Orxan Fəxrəddinov çıxış edərək Ulu öndərin xalqın xilaskarı, lideri olduğunu
qeyd edib, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi
təhlükəsinə son qoyulduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev müstəqil
Azərbaycanın yaradıcısı, onun memarıdır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun
ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman və YAP sıralarına yeni
qəbul olunmuş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.
 
Tarix: 14-06-2024, 00:20
Xəbəri paylaş





Xəbər lenti