Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib - FOTO

Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17
iyun- Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb
işçilərinin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət
edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon
təşkilatının inzibati binasında davam etdirilib.
Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş
şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə
işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli
Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən,
hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd
olunur.
Bu münasibət ilə bütün tibb işçilərinə uzun ömür, can sağlığı və şərəfli
peşələrində müvəffəqiyyətlər arzu edirəm.
Sonra Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan danışan rayon
rəhbəri səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr
islahatları və aparılan digər tədbirlər barədə də danışıb. Heydər Əliyev
Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların
müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və
uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlərin
xalq tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılandığını bildirib.
Qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük
Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını
ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də
döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata
qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər, Azərbaycan tibb
işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası
Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq
səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif
dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı
olmaqla, ümumilikdə, 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi
Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani,
xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizoterapeya kabinetində
kabinet müdiri Zəhra Hüseynova çıxış ediblər.
Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla
təltif edilib.


Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
Tərtərdə Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

Tarix: 14-06-2024, 00:28
Xəbəri paylaş





Xəbər lenti