Ağstafa RİH-in elan etdiyi tenderin qalibi "Aztelekom" oldu - XİDMƏTLƏR GÖSTƏRİLƏCƏK



Ağstafa Rayon İcra Hakimiyyəti telekommunikasiya xidmətlərinin göstərilməsi üçün elan etdiyi tender yekunlaşıb.
 
Pravda.az xəbər verir ki, tenderin qalibi müəyyənləşib.
 
Qalib "Aztelekom" olub.
 
Belə ki, "Aztelekom"un Qərb Regional Filialının Ağstafa şöbəsi Ağstafa Rayon İcra Hakimiyyətinə telekommunikasiya xidmətləri göstərəcək.
 
Qeyd: Bir müddət əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov "Aztelekom"un mətbuat katibi Alidə Mustafayeva ilə ailə həyatı qurub.
Tarix: 14-06-2024, 16:06
Xəbəri paylaş





Xəbər lenti