Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının
sədri Eldar Əsədov  rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə
rayonun Əskipara kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan
oğlunun ailəsini ziyarət edib, 
onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və
lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi
sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək
olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan
nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət  qayğı ilə yanaşdığını, dövlət
başçısının hər kəsə şəhid  qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı
tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayon
Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır.
1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən
qayıtdıqdan sonra 18 No-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda
müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümüdafiə batalyonu yaradılarkən erməni
işğalçıların torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq
məqsədilə bu batolyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə
rayonunun Qırmızıkənd kəndi yaxınlığında Marquşavan istiqamətində Tərtər batalyonu
döyüşə hazırlaşarkən keçid yolların düzülmüş mina partlayışında şəhid olmuşdur.
Ailəli idi. İlqar adında bir oğlu var. Əskipara kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə  qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 21-06-2024, 15:24
Xəbəri paylaş





Xəbər lenti