Goranboy Peşə Məktəbində işçilər müqaviləsiz çalışıb? - 25 minlik cərimə təhlküəsi

Goranboy Peşə Məktəbində işçilər müqaviləsiz çalışıb? -
Goranboy Peşə Məktəbi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş başlanıb.

Qaynarinfo-nun məlumatına görə, işə Gəncə Şəhər Məhkəməsində baxılacaq. Orxan Cəfərli iş üzrə hakim təyin edilib.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədədir.

Bu inzibati xətaya görə, fiziki şəxslərin 1000 manatdan 2000 min manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Tarix: 21-06-2024, 22:17
Xəbəri paylaş





Xəbər lenti