Niyazi Bayramov özünə Ağdaşdan kadr gətirdi - TƏYİNAT

Niyazi Bayramov özünə Ağdaşdan kadr gətirdi
Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Tezadlar.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.

Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsində çalışıb.
Tarix: 22-06-2024, 10:40
Xəbəri paylaş





Xəbər lenti