Göyçay Suvarma Sistemləri İdarəsində nə baş verir? VİDEO
Göyçay rayonu Bəydövül kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən
MÜRACİƏT
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində rayonun kəndlərində suvarma arxları lildən, koldan və qamışdan təmizlənmədiyi üçün insanlar əziyyət çəkirlər. Ancaq Orxan Mahmudov çıxışında bildirri ki, 2024-cü ildə ümumilikdə 280 km məsafədə suvarma kanalları lildən təmizlənmişdir. Kürşaban, Alpout, Qızılağac, Hüngütlü, Mallı-Şıxlı, Hacağabəyli, Ərəbşahverdi, Bəydövül kəndlərində və digər suvarma arxlarında lildən təmizləmə işləri aparılıb. Bu tam yalandır çünki gözdən pərdə asmaq üçün həmin kəndlərin hər birində suvarma kanallarında 300-500 metr məsafədə təmizləmə işləri aparıb sənəddə isə 280 km qeyd edib dövlət vəsaitini silib talan ediblər. Yerində araşdırma aparılarsa bu tam subut olunacaq ki, Orxan Mahmudov korrupsiya əməlləri ilə məşğul olub dövlətin ayırdığı vəsaiti talan edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda vətndaşları qəbul edəcək. Buna görə Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudov əl-ayağa düşüb özünü qəbulda təriflətdirmək üçün insanlar toplayır.Hansı ki, Orxan Mahmudovun bütün çirkli korrupsiya fəaliyyəti göz önündədir.
Zərurət var ki, Göyçay Suvarma Sistemləri İdarəsində təcili maliyyə yoxlaması aparılıb Orxan Mahmudovun və onun müavini Lətif Əliyevin barəsində ciddi tədbirlər görülsün. Buna görə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdan xahiş edirik Orxan Mahmudovun 280 km məsafədə lildən təmizləmə işləri yerində obyektiv araşdırıb barəsidnə qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz . Qarşı tərəflə əlaqə qurmaq istəsəkdə buna nail ola bilmədik! Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!