Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi
ilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov,
rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları  İƏD üzrə
nümayəndələr iştirak ediblər.
Müşavirədə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planının
icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş
məmnunluğunun təmin olunması, şəhid  qazi ailələrinin problem 
sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına
köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının
sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş
tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon
ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-
arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan
mövsümi işlər, pambıqın becərilməsi, əkin sahələrinin suvarma suyu ilə
təminatı, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində,
yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri
müzakirə olunub.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti
qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tarix: 1-08-2024, 14:54
Xəbəri paylaş





Xəbər lenti