Goranboy İcra Hakimiyyətində nə baş verir? - RÜŞVƏT QALMAQALI...


Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.

Bakupost.az xəbər verir ki, ötən ilin fevralında bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb. İddialara görə, bu addım Goranboyun icra başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.



Ş.Həsənovun işdən çıxarılma xəbərini İH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov Bakupost.az -a təsdiqləyib.

Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib. Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.




Elnur
BakuPost
Tarix: 2-08-2024, 17:59
Xəbəri paylaş





Xəbər lenti