“Qəbələli Yunus”un şəlalə biznesi - VİDEO


Oğuzun Xal-xal meşəsinə giriş, oradakı şəlaləyə baxış üçün sözün əsl mənasında biznes yaradılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı jurnalist Məhəmmədəli Qəribli görüntülər paylaşıb.



O, bildirib ki, “Xal-Xal” şəlaləsinə baxmaq üçün mütləq “Qəbələli Yunus”un yaratdığı “gömrüyə” pul ödəməlisən:

“Buranı “Qəbələli Yunus” adlı iş adamı zəbt edib, öz qanunlarını qoyub. Girişdə xüsusi lövhə də quraşdırılıb. Yəni pulu ödəməsəniz keçə bilməzsiniz. Giriş 1 nəfər üçün 2 AZN, xarici vətəndaşlara isə 5 AZN-dir. Qazilərə, şəhid ailələrinə giriş pulsuzdur. Lakin bununla bağlı sənəd təqdim edilməlidir. İçəridə bütün xidmətlər pulludur. Hətta şəlaləyə daha yaxın durub şəkil çəkdirmək üçün 1 AZN ödəməlisiniz. Bu, özbaşınalıqdır. Etirazımızı bildirdikdə, dedilər, bu şəlaləni Yunus özü çəkib. Ölkənin təbii sərvətləri vətəndaşlara məxsusdur. Ərazini zəbt edib, pullu etmək özbaşınalıqdır”.



Tarix: 7-08-2024, 17:12
Xəbəri paylaş





Xəbər lenti