Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb - FOTO

Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən
özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon
İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin,
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-
mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin
qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.
Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər
rayon Köçərli kəndində Bərdə rayon Kətəlparaq kənd sakini Abbasov Tofiq
İmamverdi oğlu tərəfindən dövlətə məxsus torpaq sahəsində qeyri-yaşayış
obyektinin tikintisi aşkarlanıb.
Qanunsuz inşa edilən tikinti aşkarlanaraq söküntüsü təmin edilib.
Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam
etdiriləcək.


Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb
Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb
Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb
Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb
Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb

Tarix: 10-08-2024, 22:05
Xəbəri paylaş





Xəbər lenti