Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin
iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim
Məmmədov tədbirin əhmiyyətindən danışıb. İqlim dəyişmələrinin dünyanı
narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq
ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. 2024-cü ilin Prezident İlham
Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu
bildirərək bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun
olaraq Tərtər rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.
Sonda rayon rəhbəri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn
məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə
aidiyyəti şəxslərə tapşırıqlar verib.
Tarix: 13-08-2024, 16:21