Əlimizdə 130 videogörüntü var, səs yazıları var, məntəqə sədrlərinin (vatsap səsli) saxtakarlığl necə və saat neçədə etməyin yollarını müəyyənləşdirən səsləri vardır, namizədlərə pul, vəzifə, dükan, mağaza... təkliflərinədək, sübutlar yetərincədir.
Qısa deyim: tam arxayın olun, sonadək hüquqi mübarizəmiz davam edəcək! Nəticə ləğv edilənədək! Əgər Vaqif Həsənov Ramiz Mehdiyevin tapşırığını icra edirsə, deməli, məsələ çox qəlizdir...
İki instansiyada məhkəməmiz davam edir! Biz haqqıq, bizimlə zarafat keçməz! Çünki istinadımız ölkə Prezidentinin siyasi iradəsidir! Namizədlərdən mənim, Şəbnəm Səfərovanın, Azər Qasımovun... səsini Bəxtiyar Əliyevin xeyrinə yazan əllər kəsiləcək! Bir az səbrli olun!
Hələ də unuda bilmirəm, Qasımbəylidə məntəqə sədri olan ağbirçək xanım mənə dedi ki, həmişə sizin yazıları oxuyanda təsəlli almışam, vicdanıma and olsun, bu məntəqədə saxtakarlıq olmayacaq! Amma o xanım- xatın qadını son anda saxtakarlığa məcbur edən məmur, sən vicdanına necə hesabat verirsən ailənin, öz xanımının gözünə baxaraq?!
NƏ İSƏ...