Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon
İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun
Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası
keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə
təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9
saylı Regional Ekologiya  Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə
nümayəndəliklərin, Tərtər Elektrik şəbəkəsinin və “DOST” MMC-nin işçiləri
fəal iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd
eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada
qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması,
cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini
davam etdirmək, ağac əkilməsini  yaşıllıqların çoxaldılmasını təşviq
edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti
tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına
ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə
tutulmuşdur.
Tarix: 18-10-2024, 21:24
Xəbəri paylaş





Xəbər lenti