Bu təhsil ocağında bazar açıblar - ŞİKAYƏT
Deputat Eldar Quliyevin rektor olduğu bu ali məktəbdə hər semestr qabağı olduğu kimi bu dəfə də tələbələrdən imtahan pulları alınır.Artıq tələbələr də bu vəziyyətə vərdiş ediblər. Onlar bilirlər ki, kooperativ maraqlar üzərində qurulmuş bu təhsil ocağında pulsuz xidmət göstərilmir.
Ali məktəblərdə qış semestr imtahanları yaxınlaşır. İmtahanlar yaxınlaşdıqca ali təhsil ocaqlarında rüşvətin qiyməti də artmağa başlayıb. Kooperasiya Universitetində də artıq rüşvət yığımı start götürüb.
Tələbələrdən semestr pulları toplanmağa başlanıb. Burada imtahan qiymətləri 80-100 manatdan başlayır. AKU-da hər semestr hər tələbə 200-300 manat verməyə məcbur edilir.
Tələbələr isə fakültə dekanlarının qapısında növbəyə dayanıblar. Onlar istənilən həmin məbləği verməsə imtahanlardan kəsilirlər. Müəllimlər imtahandan öncə tələbələrə bildirir ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin.
(regionxeberleri.com)Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar. Ali məktəbin nəzdindəki Bakı Biznes və Kooperasiya Kolleci da eyni üslubda fəaliyyət göstərir.
Kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir.
Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar.
Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar.
Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır.
Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir.
Tarix: 31-03-2017, 17:12