Villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər - YEVDA ABRAMOVDAN SƏRT İTTİHAM

Villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər - YEVDA ABRAMOVDAN SƏRT İTTİHAM Millət vəkili Yevda Abramov Milli Məclisin bugünkü plenar iclasında yenidən sərt çıxışı ilə yadda qalıb.
Gununsesi.info xəbər verir ki, o çıxışında qeyd edib ki, “ Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənlışdirə bilmirlər: “ Valyuta dəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır. Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Primorskidə öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi.
Mən qeyd edim ki, babalarımızın, nənələrizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli, ikibarmaqlı səs verəcəm”.
Tarix: 25-04-2017, 14:42
Xəbəri paylaş





Xəbər lenti