Xətaidə sakinlərə narahatlıq yaradan obyektlərə qarşı REYD - FOTOLAR

Xətaidə sakinlərə narahatlıq yaradan obyektlərə qarşı REYD - FOTOLAR
Xətai rayonunda bir neçə küçədə keçirilən reydlər və görülən tədbirlər vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə, icra nümayəndəliklərinə və bələdiyyə orqanlarına edilən müraciətlər əsasında həyata keçirilir.

DİA.AZ xəbər verir ki, rayon İcra Hakimiyyətinə rayon və qəsəbə bələdiyələrinə daxil olmuş müraciətlərdə rayon ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən, uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq bildirilsə də bir sıra şikayətlər də qanunsuz küçə ticarətindən, sahibkarlar tərəfindən aparılan özbaşına, yöndəmsiz tikililər, qoyulan eybəcər “Butka”lar nəticəsində səki və yolların daralmasından, zövqsüz və yersiz reklamlardandır.
Bu müraciətlər əsasında rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon və qəsəbə bələdiyyələrinin, xidmət sahələrinin rəhbərlərinin, hüquq-mühafzə orqanlarının əməkdaşlarının və digər təşkilatların nümayəndələrinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı göstərilən faktlar təsdiqini tapmışdır. Əhmədli metrostansiyasının üzərində Sarayevo və M.Hadi küçələrində qanunsuz, antisanitar şəraitdə aparılan küçə ticarəti sakinlərin hərəkətinə ciddi şəkildə maneələr yaratdığından haqlı narazılıqlara səbəb olur.
Daha bir sakinlərin narazılığına səbəb olan ünvan Qaçaq Nəbi küçəsində “Urfa” türk restoranının qarşısında qanunsuz olaraq yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların (Baba Yaqa-Küpəgirən qarı, Kaşşey bessmerniy-Ölməz Kaşşey və s.) hekəllərindəndir. Türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud yenə də həmin küçədə “Rolls Roz” restoranının qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik səkini zəbt etmiş, dəmir dirək və zəncirdən istifadə edərək yaratdığı süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaratmışdır.
17 və 261 sayl tam orta məktəblərin hasarı boyu kimlərsə tərəfindən yaradılmış avtomobil dayanacağı, iaşə obyektləri, avtomobil təmiri sexləri, “moyka”lar və s. həm həmin məktəblərin rəhbərliyi, həm də valideynlərin haqlı narazılıqlarına səbəb olmaqdadır.
Göstərilən ünvanlara baxış keçirilərkən aşkar edilmiş bu və digər faktların, sakinlərin narazılığına səbəb olan bütün neqativ halların aradan qaldırılması məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları və digər əlaqədar təşkilatlarla birgə tədbirlər həyata keçirilməkdədir.


Tarix: 2-02-2018, 16:53
Xəbəri paylaş





Xəbər lenti