Quru sərhədləri bağlı olan ölkə necə turizmi inkişaf etdirə bilər?

Quru sərhədləri bağlı olan ölkə necə turizmi inkişaf etdirə bilər?
Dünyada 27 sentyabr Beynəlxalq Turizm günü qeyd olundu (bizdə isə 29 sentyabr turizm işçilərinin peşə bayramıdır – təbrik edirəm), müxtəlif ölkələrdə tədbirlər keçirildi. Turizmin inkişafı “hekayə” satmaqla başlayır, ölkələr öz tarixi abidələrini, ölkə ərazisində baş verən hadisələri bazarlayırlar.
Hekayə satmaqdan öncə hekayə quruculuğu, hətta uydurulması da turizmə ciddi tövhə verir – məsələn, İspaniyada bir kiçik kənddə bir neçə nəfər arasında illər öncə zarafatla başlayan “pomidor davası”, indi hər il onminlərlə turist cəlb edən festifala (La Tomatina) çevrilib.
Qardaş ölkə Türkiyədə tarix-hekayə satmağa ehtiyac da yoxdur, hər yerindən tarix “fışqırır”, amma ölkənin az qonaq cəlb edən bölgələrində Turizm Gününə həsr edilmiş tədbirlər oldu – məsələn, Ordu şəhərində tilovla balıq tutma yarışması, başqa bir bölgədə ən çox qaz əti yemək yarışması, və s. təşkil olundu.
Azərbaycanda turizm hökumət tərəfindən prioritet elan olunub, hekayə quruculuğu bir qırağa, quru sərhədləri bağlı olan ölkə necə turizmi inkişaf etdirə bilər – bax bunun özü maraqlı, hətta neqativ hekayədir.
Natig Cəfərli
Tarix: Bu gün, 14:29
Xəbəri paylaş





Xəbər lenti