Biz niyə kasıbıq ?

Sirr deyil ki, milyardlar səltənətinin üstündə oturan bəzi yüksək cinli məmurlarımız vəzifə səlatətlərindən yalnız və yalnız varlanmaq məqsədi ilə sadə vətəndaşları yoxsulluq sindromuna ducar edirlər . Cox da düşünməyə ehtiyac yoxdur , məlumdur ki , yoxsulluq insan cəmiyyətində ən pis əməl sahiblərinin tutduqları tavardır.Bu tavarı özünə birdəfəlik dolanışıq yolu seçənlərin geri qayıtması və haramxorluğundan əl götürməsi mümkün hesab olunmur.Canavarın ağzı sürüdəki qoyunlardan birinə , ağzı dada gələndən sonra ,bütün sürünün axrına çıxmağa calışdığı kimi məmurların da ağzı oğurluq pula-paraya ,rüşvətə ,çırpışdırılmış qənimətə dəyibsə,həmin insanların geriyə qayıdıb ,normal adam olacağına ,əməlini düzəldəcəyinə inanmaq ,ölünün diriləcəyinə inanmaq qədər ağılsızlıqdır. Dediklərimə inanmaq istəməyənlər varsa ,başını qaldırıb ətrafında cilov gəmirən məmurlara diqqətlə nəzər yetirsin və ölkəmizdə xeyli sayda çoxluq təşkil edən ,hər gün işlədiyi idarə ,müəssisə və təşklatlarda əl-qol atıb ,çırpışdırmaqla vərdış etmiş məmurların həyat və yaşam tərzinə diqqət etsin .Bax belələrinə “yolsuz adam”deyirlər .Dilimizdəki “yolsuzluq”məfumunun məna yükü tutumuna görə ,rüşvətxorluq ,korrupsiya ,oğurluq məfhumundan xeyli geniş və əhatəli olmasını nəzərə alıb ,olkəmizdə baş alıb gedən və artıq bəzi nazirliklərdə də adi hala cevrilmiş rüşvətxorluq ,korrupsiya və digər naqis əməllərin belə bir ad altında cəmiyyətə ,oxuculara təqdim etmək məncə yerində olar.Məhs oxucuların tələbidə budur.Yəni ,birdəfəlik olaraq cəmiyyətdə əyri və haram qazanc əldə etmək sahəsində qəti yol tutmuş adamların bir necəsi pis amal sahibi olduğunu nəzərə alıb ,cəmiyyətdə bu adla “-yolsuzlar”adıandırmaqla çağrılmasına daha çox ehtiyac var. Vətəndaşlarımız hər dəfə marketlərdə alış-verış edəndə ,marketlərdə xidmət edən xanımların gözlərinə diqqət edəndə sanki kədərli –nərazı baxışları bizləri cəlb edir.Cənub bölgəsi ,xüsusilə Biləsuvar,Cəlilabad rayonlarda marketlərdə işləyən xanımların dediyinə görə onlar carəsizlikdən işləyirlər.Ayın bütün günü səhər saat 07 dən axşam 19 kimi: ,hər hansı xırda noqsana gorə müdürriyyət maaşından cərimə edir , əmək müqaviləsi deyilən bir sənəd hec kimə məlum deyil ,olsada formal olar.İşcilərin sayı gizlədilir ,dövlətə məcburi sığorta və digər ödəmələrin əsas hissəsi gizlədilir.Bu iş metoduna razı olmayanlara “get xöş gəldin ,kimə istəyirsən de “.Məyər deməli kimsə var ?.”grışaları”yuxarıdadır.Kim nə deyə bilər ?!. Regionda cox saylı şadlıq sarayları da bu taktika ilə işləyir. Beləcə ticarət şəbəkələrində desəm ki,dövlətə ödəmələr sfır səviyəsindədir
hec də səhv etmərəm ,Yəni”gör məni ,güldürüm səni “. Söylədiyim cox ceşidli ticarət şəbəkələrində elektirik enerjisinin məsarifləri elektrik yükü cixir gəllə-carxa .Fürsəti fota verməyən elektrik paylayıcı şəbəkəsinin cənabları da öz paylarını bilir və rahatca haqlarını alır.Sox asan yolla ,nəzəri elektroxenikada 3-5faiz xətt itkisini 15-20 faizə qaldırılır. İşlədilən elektrik enerjisi haqqı cox az miqdarda ödənilir və s. Gözdən və qulaqdan iraq kənq və qəsəbəldə qanunsuz və hec dövlət orqanlarında qeydiyyatda olmayan dükanlar ,qəssabxanalar ,cayxanalar qanunsuz sahibkarlıqla məşqul olur ,”gözün üstə qaşın var”deyən yoxdur.Ataların deyimində”kəttanı gör ,kəndi cap”. Belə bir vəziyyətdə psixolloqların da etiraf etdikləri kimi insanların səhhətində fiziki sağlamlığında ,eyni zamanda bir neçə xəstəlik növü mövcud olduğu kimi insan ruhunun özündə də özünün xarakterinə kecmiş və əsasən,cəmiyyətdə peşə xəstəliklərinin yaranması ilə uyğun gələn hallara tez-tez rastlaşırıq.Bəzən bu cür xəstə adamlara ,hətta idarə ,müəssisə və təşklatlarda hər gün təmaslarda olmaq məcburiyyətində qalırıq. Yoxsulluq özünü xəstəlik olaraq insanlar arasında formalaşmış və məmurlar arasında ən çox yayılmış ,sağalması cox cətin olan xəstəliklərdən biri kimi təzahür edir.Bu xəstəliyin müalicəsi dünyada bir cox hallarda azadlıqdan məhrum etmə cəzası ilə aparılır .İnkişaf etmiş ölkələrdə “yolsuzluq”xəstəliyinə yoluxmuş məmurlar türmələrdə cəzalandırılıb ,müalicə edirlər. Ölkəmizdə isə “yolsuzluq”xəstəliyinə mübtala olmuş insanların müalicəsi qismən müalicə olunur,görünür dərman və vaksinlər hələ yetərincə deyil . Dövlətimiz və xalqımız “yolsuzluq”dan qurtarmağın yolu görünsə də həmin yolu gedə biləcək qüvvə isə hələlik gözə dəymir ,görünmür ,çarə yalnız xalqın özünə qalıb. Əlizadə Nəhmədağaoğlu.                                                                                                   Siam.az
Tarix: 19-07-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti