“UTANDIM – İTV ADINA, MƏDƏNİYYƏT NAZİRİ ADINA” !!!




“BU NƏ DEMƏKDİ, CƏNABLAR?”!!!

“… və bu mahnını oxuyan Xalq artistidi”

Fb-NİN GÜNDƏMİNDƏN


 

İctimai Televiziyada təsadüfən Eyyub Yaqubovun konsertindən fraqmentlərə baxdım.

 

Utandım – İTV rəhbərliyi adına, mədəniyyət naziri adına.

Mən Eyyub Yaqubovu qınamıram. Onun oxuya biləcəyi musiqinin sözləri bu qədər ola bilər. Bəs Mədəniyyət Nazirliyi, televiziya rəhbərliyi hara baxır?

Ağabala Çaykovski, arvadı moskovski, sovetski – kriminal xəbərlərdə adı birinci, fəxr ediləsi adamlar və s…

Nə demək bu, cənablar? Dilimiz qorunmur, bayağı musiqilər və nəticə olaraq, insanların musiqi zövqü korlanır.

Ən nəhayətdə, kriminal həyata çağırış edən bu mahnıları oxuyan xalq artistidir…

P.S.

Görəsən cibinə narkotik atılıb tutulan gənclərimiz qarşısında utanan oldumu?

Tarix: 26-07-2019, 09:31
Xəbəri paylaş





Xəbər lenti