Türkiyə şirkəti Ərdoğana müraciət etdi – Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları ilə bağlı..


Türkiyə şirkəti Ərdoğana müraciət etdi – Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları ilə bağlı..
  "Rovel Trading” şirkəti ilə Gömrük Komitəsi arasında qarşıdurma Türkiyə prezidenti səviyyəsinə qədər böyüyə bilər...                                                                                                  DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü   Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzluqlarla bağlı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub ünvanlayıb. Bu barədə PİA.az-a daxil olan məlumatda bildirilir ki, məktubda türkiyəli iş adamı 20 ildir ki, "Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distributoru olan "Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi malları 3 həftədir ki, gömrükdə qanunsuz olaraq saxlanılımasından və bu üzdən də onların ticarətinə ciddi ziyan dəydiyini izhar edib. Türkiyəli iş adamı məktubunda Azərbaycan gömrüyünün onların malının qiymətini süni şəkildə artıqrmağa çalışmasından və bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd etməsindən şikayətçi olub və qeyd edib ki, Azərbaycan Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görməkdədir. Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzuğun ortadan qaldırılması üçün prezident Ərdoğandan məsələyə müdaxilə etməyi xahiiş edib.Xatırladaq ki, iki gün əvvəl sözü keçən mövzu ilə bağlı "Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə müraciət edib. Həmin müraciət PİA.az saytında dərc olunub.
Tarix: 27-07-2019, 22:50
Xəbəri paylaş





Xəbər lenti