Bu gün Bakıda yas yerlərinin birində ehsan süfrəsinə qoyulan dovğa görənlərin marağına səbəb olub.

Çünki dovğanın üstünə qeydiyyat tarixi sabah kimi göstərilib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.



Qeyd edilir ki, “Gənzə dovğa” adı altında süfrəyə qoyulan dovğanın istehsal tarixi 29.08.2019 göstərilib. Halbuki bu gün ayın 28-dir.

Bundan əlavə dovğanın adı da maraq doğurur. Niyə məhz “Gənzə”? Məhsulun haradan alındığı isə məlum deyil.