"Bu ittihamın haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq"





Bəzi xəbər saytları xalq artisti Cavanşir Quliyevin guya AzTV də ona efir qadağası qoyulması ilə bağlı açıqlamasını tirajlayıb.


Moderator.az yayılmış ittihamlarla bağlı həmin telekanalın Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Aslanovun mövqeyini öyrənib:

"“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşalardan heç birində bəstəkar olaraq Cavanşir Quliyevə heç bir müraciət olmayıb və yaxud bundan imtina olmayıb. Ümumiyyətlə, əvvəldən təsdiqlənən hər hansı bir yaradıcı heyətin siyahılarının heç birində Cavanşir Quliyevin adı olmayıb. Bu baxımdan bəstəkarın bu ittihamının haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq. AzTV QSC heç bir zaman hansısa sənətçinin və ya mədəniyyət xadiminin əsərlərinə qadağa qoymayıb. İstər AzTV, istərsə də Mədəniyyət kanallarında onlarla tanınmış sənətçilərin, xalq və əməkdar artistləri, bəstəkarların əsərləri yer alır və bu zaman Cavanşir Quliyevin də repertuarına yer verilir.  Yeni tamaşalara gəlincə, istər aktyor, istərsə də musiqi tərtibatını bilavasitə peşəkarlara, bu sahədə öz sözünü deyən mütəxəssislərə etibar etmişik".
Tarix: 4-08-2019, 23:45
Xəbəri paylaş





Xəbər lenti