Bayraq üçün ölmək, öldürmək və bayraq altında rüşvət yığmaq

  İstəsək də, istəməsək də, Ramil Səfərov xalqımızın qan yaddaşında yaşayır, hər gün, hər zaman yada salınmalı, bayraq mövzusu kimi gündəm də olmalıdır. Çünki məhz Azərbaycan bayrağını təhqir etdiyinə görə onun erməni zabitini öldürmək hər zaman səslənir. Bunun belə olmadığını deyənlərdə var. Amma əksəriyyət olayın bayraqla bağlı motivini qəbul edir və Ramili buna görə qəhraman hesab olunur. Elə burdan yeni bir mövzuya keçə bilərik. Bəlkə elə fürsət ikən bayrağımızın dəyərinin, mənasının bu çür həssaslıqla gündəmə gətirmək istəməyim və özümüzə sual verək. Bəs başqaları bayraq üçün nə edib? Həmin dövürdə, elə ondan bu yana lap elə bu gün digərləri nə edib bayraq üçün? Siz nə etmisiniz bayraq üçün bu illərdə ki, bayrağımıza böyük xəyanət illəri də adlana bilər. Bu illərdə hamı bilir ki, bəzi yüksək cinli məmurlar Azərbacan bayrağı altında çox sayda şirkətlər, villalar, müxtəlif mülk və sərvətlər sahibi olub. Bayrağa sevgi budurmu? Ramilin bayrağımıza görə insan öldürdüyünü deyirsiniz , amma bu bayrağın altında illərdir rüşvət alanları, ölkəni talayanları, xalq pullarını kefinə səpələyənləri demirsiniz... Onlar bayrağın altında işçiləinə paketdə pul paylayırlar. Rüşvətin toplanmasında iştirak etdikləri üçün. Adını da qoyurla “paket maaşı”-sanki paketlərdə pul qaynayır. Bayrağın altında hakimlərimiz evlər yıxan qərarlar verib, qanunu, andı, bayrağı satmadılarmı? Bayraq kimi dövlət atributları ilə bəzənmiş paltar geyən bəzi polistlər nə qədər adamı şərlədi bu illərdə? O müəllimlər ki, bizim uşaqlara bayrağımızın dəyərini, mənasını öyrədirlər, bəs onlar nə etdi? O müəllimlər ki, məktəbin məhvinə layla oxudular, təhsıli bayram günlərində hədiyyə, qiymət günlərində pul yığmaq işinə çevirdilər, onlar bayrağa sadıq qaldılarmı? Azərbaycan bayrağını masasının üstünə qoyan, dünyasının dəyişənlərin pensiyasını qeyri-leqal yollarla ələ kecirən, orduda xidmətdən yayınan, arxasındakı ölkə başcısının portretinə ironik ifadələr işlədən məmurun dövlətə, xalqa sayqısı necə olar? Məddah alimlər, yazıçılar, jurnalistlər, siyasi hava ilə rəqs edən müğənlilər, rəhbərə baş əyən kəndlilər və şəhərlilər bayrağa xəyanət siyasətinə alət olduqlarını yəqin gözəl anlayırlar...
O bayraq nəyi ifadə edir? Azadlığımızı, ləyaqətimizi, hüququmuzu, ədalətimizi...Hanı bunlar? O bayraq hər azərbaycanlının azadlığını və qürurunu ifadə edir. Bəs niyə oğrular doğruları əzir bu olkədə? Hanı bayraq? Niyə yoxdur hər ürəkdə? Niyə o bayraq birinə ağalıq gətirir, digərinə zülümlər qurtarmır? Bu ölkədə hər nazir bir pul qalasıdır, istədikləri adamı həps etdirə bilir, azərbaycanlılar isə fars rejiminin xəstəliyinə əlac axtarır... Hər məmur bir sərvət yuvasıdır bizim ölkədə, azərbaycanlılar isə Qarabağa erməniyə verən rusun bazarına sığınıb... Bunlar cox deyil. Bir ovucdur. Dar düşüncə sahiblərinin leksgomunda, olmur vətən, xalq dövlət anlayəşı.... Fəlsəfi şairimiz B. Vahıbzadənin təbirincə desək:- Ücrəngli bayrağın kölgəsində mən. Qaracı torpağı vətən görmüşəm, Zəfər güllərini gövrü –qədimdən Bayraq işığını bitən görmüşəm Bayraq mənliyimdi, bayraq kimliyim Bayraq öz yurduma öz hakimliyim...                                                                                                             Əlizadə Nəhmədağaoğlu                                                                                                                                             Siam.az
Tarix: 5-08-2019, 23:00
Xəbəri paylaş





Xəbər lenti