Vahid Nuriyev saatlarnı gözləyir... - Barəsində hüquqi addımlar da atıla bilər

 Baş Dövlət Yol Polisi İdarəsində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olub.

Mənbəyə görə, BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyev bu günlərdə vəzifəsindən alınacaq.

Xatırladaq ki, buna qədər ilk olaraq DİA.AZ Vahid Nuriyevin yeni nazir tərəfindən "vurulacağı" haqda informasiyaları paylaşmışdı.

Mənbə iddia edir ki, Vahid Nuriyev təkcə vəzifəsindən alınmaqla yetinməyəcək, həm də ona qarşı hüquqi addmlar da atıla bilər: "Necə ki, Səfər Mehdiyev gömrüyə gələndən sonra bəzi DGK çalışanları barəsində hüququi addımlar atıldı, eləcə də polis sistemində anoloji proses müşahidə oluna bilər..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Tarix: 7-08-2019, 20:22
Xəbəri paylaş





Xəbər lenti