“Ay BİT yığını, bəyəm bunları bilmirik?” –Müxalifətdə böyük qarşıdurma


“Ay BİT yığını, bəyəm bunları bilmirik?” –

Müxalifət düşərgəsində seçki mövzusu ilə bağlı mübahisələr davam edir. Respublikaçı Alternativ Partiyası (REAL) seçkidə iştirakı zəruri saysa da, digər muxalif təşkilatlar bu mövqeni bölüşmür. 

Onların fikrincə, Azərbaycanda seçki mühiti yoxdur və bu səbəbdən seçkidə iştirakla hər hansı müsbət dəyişikliyə nail olmaq mümkün deyil. 

REAL-ın sədri İlqar Məmmədovun seçkidə iştiraka qarşı olanları “ermənilərin əlaltısı” adlandırmasından sonra mübahisə daha da qızışıb. Boykot tərəfdarları İlqar Məmmədovu bu fikrinə görə sərt tənqid etməklə yanaşı, REAL sədrinin hökumətin yeni siyasi ssenarisində rol aldığına eyham vururlar. 

Bu arada REAL-ın icra katibi Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini paylaşıb. “Yeni Sabah” xəbər verir ki, Natiq Cəfərli bildirib ki, siyasətçi daim seçki deməli, həmişə seçkiyə hazırlaşmalı, hər zaman seçkinin açdığı fürsətləri uğura çevirməyin planını tutmalıdır. Onun fikrincə, məqsədli şəkildə seçkiyə marağın azaldıldığını nəzərə alaraq, səslərin qorunmasına öncədən hazırlıq daha da böyük önəm kəsb edir. “Bizim kimi klientalist sistemlərdə boykot ən uğursuz seçimdir, mənasız işdir, hətta zəifliyin pafosla pərdələnməsi, gizlədilməsidir. 

Biz seçkidən daha çox danışdıqca ümumi adları BİT-lər (Boykotçular İttifaqı Təşkilatı) olan insanlar həmən peyda olur, qandığı qrafa olmasa da düşük söz yığını qusurlar”, - deyə REAL-ın icra katibi əlavə edib.

Natiq Cəfərli daha sonra bildirib ki, seçki mövzusunda REAL-ı ittiham edənlər arasında hökumətdən mandat alanlar və hətta indi də deputatlara verilən imtiyazlardan istifadə edənlər var. “Bu BİT-lər o qədır bəsit və naşıdırlar ki, tutuquşu kimi bəlli həqiqətləri, aksiomları təkrar edirlər - bəs, Məzahir keçirən seçki nə olacaq, Əfruz xala seçkini saxtalaşdıracaq, "karusel" olacaq və s. 

Ay BİT yığını, bəyəm biz bunları bilmirik? Görmürük olan-bitəni?! Deyirik ki, indidən bu bəlli sxemlərə qarşı mexanizmlər yaradaq, birgə seçkiyə hazırlaşaq. 

Siz nə deyirsiz? Boykot?! Paritet seçki komissiyaları?! Bu sözlərlə illərdir vaxtımızı aldız, utanmırsız hələ də eyni əzbərləri təkrar edirsiz?! Siyasi səbatınız çatırsa, çıxın etiraf edin ki, seçkiyə getməyə resursunuz, vitrininiz, namizədiniz yoxdur, elə bilirsiz korrupsiya, oğurluq, talan demək böyük ağıl tələb edir?! Ağıl tələb edən bu mərəzlərə qarşı plan-proqram yazmaq, hakimiyiətin məsuliyyətini dərk edib ciddi hazırlaşmaqdır!”

Siam.az

Tarix: 17-08-2019, 09:30
Xəbəri paylaş





Xəbər lenti