Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindənMusavat.com-a məlumat verilib.

Verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu"nun texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.


Tarix: 19-08-2019, 13:37
Xəbəri paylaş





Xəbər lenti