“Sem dayı” qan istəyir: “O tay sakinləri” sülhdən “yorulub”...





İran-ABŞ gərginliyinin davam etdiyi bir vaxtda okeanın o tayında maraqlı rəy sorğusu keçirilib.

 

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan sorğularda məqsəd Tramp hökumətinin İranla bağlı siyasətinə xalqın münasibətini müəyyənlədirməklə yanaşı, həm də sadə vətəndaşların İranla müharibə ehtimalına baxışını öyrənməyə xidmət edib.

 

Aparılan rəy sorğuları göstərib ki, general Qasım Süleymaninin ölümündən sonra ABŞ daxilində Trampa olan münasibət dəyişməyib. Belə ki, əhalinin 41%-i əvvəlki kimi prezidentə dəstək nümayiş etdirib. 54%-i isə ölkə başçısı ilə bağlı narazılığını ifadə edib.

 

Sorğu nəticəsində bəlli olub ki, may sorğularından fərqli olaraq, ABŞ-da İranla müharibə ehtimalının reallaşacağına inananların sayı artmaqdadır. Belə ki, əhalinin 71%-i yaxın gələcəkdə İranla ABŞ arasında toqquşmanın labüd olacağına inanır, habelə əhalinin 41%-i İranı ABŞ üçün birbaşa təhlükə hesab edir.

 

Soğru nəticəsində üzə çıxan maraqlı faktlardan ən əsası yeniyetmələrin İranla hərbi qarşıdurmaya daha çox maraq göstərməsi ilə bağlıdır. Sorğuda iştirak edən yeniyetmələrin 27%-i hesab edir ki, ABŞ İran tərəfinin hərəkətə keçməsini gözləmədən ona qəfil zərbə endirməli və hərbi müstəvidə İranı qabaqlamalıdır. Hansı ki, may sorğusunda bu təşəbbüslə çıxış edənlərin sayı 15% daha az idi. Son rəy sorğusu ABŞ cəmiyyətində, xüsusilə də yeniyetmələr arasında İranla müharibəyə meylin artdığını göstərib.

Sorğu iştirakçılaırnın 33%-i isə İranla müharibə ilə bağlı suala cavab verməkdə tərəddüd etdiklərini bildirib.

Tarix: 9-01-2020, 09:14
Xəbəri paylaş





Xəbər lenti