"Qarabağı tezliklə azad etməsək, düşmən yeni ərazilərin işğalını planlaşdırır" - SOS...

 Azərbaycan Müdafiə Nazirliyinin nəzərinə...

Moderator.az “Sputnik Armenia”-da yayılmış bu geniş xəbəri tərcümə edib ilk növbədə Azərbaycan hərbçilərinin, eyni zamanda cəmiyyətin diqqətinə çatdırır. Məqsəd xalqın nəzərinə bir daha çatdırmaqdır ki, düşmən sakit dayanmayıb və hərbi doktrinasını dəyişib. Yəni, düşmən müdafiə doktrinasından çıxıb, yeni ərazilər tutmaq məqsədilə müharibəyə hazırlaşır. Düşmən yeni silahlanma kampaniyasına start verib. Biz Qarabağı tezliklə azad etməsək, iştahlı olan düşmən yeni ərazilərin işğalını planlaşdırmaq niyyətindədir.

“Su-30SM" Ermənistan üçün nə deməkdir?

Ermənistan daha mobil və yaxşı təchiz olunmuş bir ordu yaratmaq niyyətindədir və bu istiqamətdə Hərbi Hava Qüvvələrinin inkişafı olmadan keçinmək mümkün deyil. 

Ermənistan tərəfindən "Su-30SM" çoxfunksiyalı qırıcıların alınması son bir ildə hərbi sahədə ən sensasiyalı hadisələrdən biri oldu.

İndiyə qədər onlardan yalnız dördü var, ancaq Ermənistan Müdafiə Nazirliyi əmin edir ki, eskadrilya yaratmaq, yəni təyyarələrin sayını 12 ədəd artırmaq niyyətindədir.

2019-cu ilin aprelində Ermənistanın müdafiə naziri David Tonoyan bildirdi ki, Ermənistan silahlı qüvvələri düşmən xətlərinin arxasında xaos yarada biləcək və "yalnız B nöqtəsinə deyil, həm də C, D, E" - lərinə zərbə vura biləcək. Təyyarələrin alınması, çox ehtimal ki, bu sözlərin praktikada təsdiq olunmasına xidmət edir (yəni Azərbaycana qarşı istifadə etməklə).

Hərbi ekspert David Arutyunov qeyd edir ki, əgər Ermənistan Müdafiə Nazirliyi hərbi doktrinanı dəyişdirmək kursu götürübsə, o zaman təyyarələrin, xüsusən Su-30SM-nin alınması ən optimal seçimdir.

"Hərbi Hava Qüvvələri olmadan mobil və yaxşı silahlanmış bir ordu modelinə keçid mümkün deyil. Əgər avadanlıqlara güvənirsinizsə, Hərbi Hava Qüvvələri hazırda düşməni məğlub etmək və bir çox məsələni həll etmək üçün ən təsirli, çevik bir vasitədir. Bunun üçün dünyadakı son münaqişələrə baxmaq kifayətdir" - deyə Arutyunov bildirib.

Onun sözlərinə görə, əgər dörd Su-30SM-in alınması "davam edəcəksə", Hərbi Hava Qüvvələrinin inkişafı və hərbi doktrinada ilk addım olacaqsa, çox uzun olan bu proses olduqca "maraqlı" nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan ZRK “Tor” hava hücumundan müdafiə sistemləri də alıb. Onların Su-30SM ilə qarşılıqlılığı Suriyadakı döyüş şəraitində sınaqdan keçirilib.

Hətta “Erebuni” Rusiya aviabazasının komandiri bu təyyarələri görəndən sonra “erməni kolleqalarımıza həsəd aparırıq” - deyib.

Digər tərəfdən, Arutyunovun fikrincə, bu siyasətin effektivliyi, dəyişikliyi irəli sürmək istəyinin, eləcə də maliyyə məsələsinin nə qədər mümkün olacağına bağlıdır.

"Biz hazırda əməliyyat və taktiki şərtlərə cavab verən bir orduya keçid edirik. Nəzərə almalıyıq ki, artıq belə bir keçidi etmiş ölkələr iqtisadi cəhətdən güclü və uğurlu dövlətlərdir" - deyə ekspert vurğulayıb.

Beləliklə, maliyyə mənbələri məsələsi mütləq Ermənistanın qarşısında duracaq. Digər tərəfdən bu o demək deyil ki, bu yoldan imtina ediləcək. Bu şəraitdə iqtisadiyyatı daha da irəlilətmək vacibdir.
Su-30SM-ə gəldikdə, ekspertin fikrincə, ölkənin kiçik ərazisini nəzərə alsaq, daha yüngül bir qırıcı variantının Ermənistan üçün daha üstün olacağı ilə bağlı təkliflər var. Bu təyyarələr bir az daha çətin seçimdir və daha bahalıdır. Ancaq bir neçə vacib məqamlar var.

"Son illərdə ağır qırıcılar seqmentinin inkişaf etdiyi Rusiyadan təyyarələr alacağımız güman edilirdi. Su-30 Rusiya Hərbi Hava Qüvvələrində hazırda əsas qırıcı olduğundan, kütləvi istehsal səbəbindən təyyarələrin qiyməti azalacaq. Onlara xidmət etmək təcrübəsi var və buna görə də baxım xərclərinin azalmasına da təsir göstərir. Bu şərtlər optimal variantdır" - Arutyunov deyib.

Bu, daha çox silah daşımağı, daha uzaq və daha çox uçmağı (xüsusilə inkişaf etməmiş baza sistemini nəzərə alaraq), düşmən ərazisindəki istənilən hədəfə vurmağı təmin edən ağır bir qırıcı təyyarədir.
Öz növbəsində qeyd edirik ki, qeyri-rəsmi məlumatlara görə, Rusiya Erebunidəki bazasında MIG-29-ı Su-30SM ilə əvəz etməyi planlaşdırır. Bazada, belə bir seçimə qarşı olan yoxdur.

"Beləliklə, təyyarələrə xidmət Ermənistanın müdafiə büdcəsinə ağır bir yük olmayacaq. Ermənistan bunun müqabilində hava hücumundan müdafiə sisteminə daxil olmaq zonasından kənarda, Azərbaycan ərazisindəki istənilən nöqtəni vura biləcək təyyarələr alacaq.

Müdafiə Nazirliyində bildirdilər ki, "raket və artilleriya vasitələrinin, hava hücumundan müdafiə və çoxfunksiyalı aviasiyanın inkişafı" arsenalını artırmaq üçün çalışacaqlar...
Tarix: 10-01-2020, 08:32
Xəbəri paylaş





Xəbər lenti