Bakıda bütün yol polisləri SƏRƏNCAMA GÖNDƏRİLDİ - ŞOK QƏRAR...





Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün zabit heyəti sərəncama götürülüb.

News24.az-a daxil olan məlumata görə, sərəncama göndərilənlər arasında Bakı DYP-nin rəhbərliyi də daxil olmaqla, müavinlər, şöbə və bölmə rəisləri var.

Eləcə də idarənin zabit heyəti də bu sıraya daxildir.

Məsələ ilə bağlı saytın əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ilə əlaqə saxlayıb. News24.az-ın sualını cavablandıran E.Zahidov yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib. 
Tarix: 10-01-2020, 21:41
Xəbəri paylaş





Xəbər lenti