Xatirə icra başçısına müraciət etdi: "7 aydır evimizə gedə bilmirik" - VİDEO

Tanınmış müğənni Xatirə İslam yollarının pis vəziyyətdə olmasını əks etdirən görüntüləri "İnstagram" hesabında paylaşıb.
Siam.az  xəbər verir ki, müğənni artıq 7 aydır yaşadığı Novxanı qəsəbəsində yolların pis vəziyyətdə olmasından gileylənib. Xatirə İslamın sözlərinə görə, yol ərazidə aparılan qazıntı işlərində sonra bu vəziyyətə düşüb.
İfaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edib:“Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik”.
Bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib:
“Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.
Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.Tanınmış müğənni Xatirə İslam yollarının pis vəziyyətdə olmasını əks etdirən görüntüləri "İnstagram" hesabında paylaşıb.(Axşam.az)




Tarix: 12-01-2020, 23:34
Xəbəri paylaş





Xəbər lenti