Yol Polisində nə baş verir? - Ramiz Zeynalovun bacısı oğlu...


 
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş 
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, 
polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun yerinə bir neçə ay əvvəl 
Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan
 Fuad Mayılovun təyin olunması gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri 
Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər 
"Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb.

Bir neçə gün əvvəl aparılan yoxlamalar nəticəsində 
Bakı Dövlət Yol Polisi idarəsinin rəhbər və zabit heyətinin sərəncama 
göndərildiyini yazmışdıq. 
Siam.az
Tarix: 13-01-2020, 14:43
Xəbəri paylaş





Xəbər lenti