Bərdə rayonuna yeni prokuror təyin edilib
Bərdə rayonuna yeni prokuror təyin edilib.“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror
Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən,
Asəf Sarıkişiyev Bərdə rayon Prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Tarix: 17-01-2020, 09:26