‘Maaşlar çox aşağıdır’ – Ramiz Mehdiyev gileyləndi

  
  “AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.
Bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.
Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib.
“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm və o müsbət reaksiya verib.İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.
Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər.  
 https://www.azerbaycan24.com/maaslar-cox-asagidir-ramiz-mehdiyev-gileylendi/?fbclid=IwAR2Gp_ul8ei3JZyQH8qiykBPancwkd7S1GIRD16sQRosVN-uZxJrGRhsyAw
Tarix: 18-01-2020, 21:54
Xəbəri paylaş





Xəbər lenti