Düşmən Qarabağda Xocalı soyqırımı günü təbliğata başlayır - 31 mart–SoyqırımI günü isə “seçki”lərə...


Qoy Bakıda təzə parlamentimiz işə başlasın – ermənilərin "seçki"lərinə qədər Xankəndini bombaladacaq...




Xəbər verdiyimiz kimi, müstəqil(!) Azərbaycan Respublikasının ərazisinin 20 faizini təşkil edən işğal altındakı hüquqi-tarixi torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “mərkəzi seçki komissiyası” 2020-ci il martın 31-ə, yəni Azərbaycanlıların Soyqırımı gününə qeyri-qanuni “prezident və parlament”  “seçki”ləri  təyin edib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı yeni məlumata görə, qondarma rejimin “msk”-sı dünən- yanvarın 22-də  keçirdiyi növbəti iclasda “prezidentliyə” və “deputatlığa” namizədlərin, eləcə də”partiya”ların qeydiyyat və təbliğat vaxtlarını da açıqlayıb.  Qeydiyyyat 2020-ci il fevralın 15-dən 25-dək aparılacaq. Namizədlərin təbliğat kampaniyası isə fevralın 26-da, yəni Azərbaycan Respublikasının digər ərazilərində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunacağı gün start götürəcək və martın 29-u bitəcək...

P.S. Bizim başbilənlərin başı hələ yeni parlamentdə öz “etibarlı adamları”nı yerləşdirmək kampaniyasına qarışıb....

P.S. Qoy Bakıda təzə parlamentimiz işə başlasın – ermənilərin "seçki"lərinə qədər Xankəndini bombaladacaq...

Sultan Laçın

Tarix: 22-01-2020, 09:31
Xəbəri paylaş





Xəbər lenti