Erməni politoloqun aclıq aksiyası Kəlbəcərdə yeni SES-in tikintisini dayandırdı?..-FOTOLAR


Bu tikinti onsuz da qurumaqda olan Tərtər çayını tamamilə yox  edə bilər...




 Azərbaycanın 28-ci ildir  işğal altında qalan Kəlbəcər rayonunda məskunlaşmış erməni politoloq Aleksandr Kananyan yanvarın 21-də aclıq elan edib.
Moderator.az-ın  Rusiya mediasına istinadla verdiyi xəbərə görə,  2000-ci ildən Gürcüstandan Kəlbəcər rayon mərkəzinə köçmüş politoloqun aclıq etməkdə məqsədi son günlər Tərtər çayı üzərində tikintisinə başlanmış  yeni su elektrik stansiyasının tikintisinin dayandırılması tələbi olub. 
A.Kananyan Tərtər çayının onsuz da qurumaqda olduğunu və yeni SES tikintisinin  bu prosesi daha da tezləşdirəcəyini bəyan edib.  Erməni politoloq eyni zamanda rayon ərazisindəki digər SES-lərin də ekologiyaya nə dərəcədə ziyan vurmasının yoxlanılmasını tələb edib. Məlumata görə, yeni SES birbaşa separatçı rejim başçısı Bako Saakyanın göstərişi ilə tikilir və ona məxsus olacaq.

Yanvarın 22-i Kəlbəcər şəhərindəki erməni orta məktəbinin şagirdləri sosial şəbəkə vasitəsilə A.Kananyanın aksiyasını dəstəklədiklərini və 23 yanvar saat 13:00-dan etiraz tətilinə başlayaq dərsləri dayandıracaqlarını bildiriblər.

Səhər saatlarında yayılmış son məlumatda  deyilir ki,  separatçı-terrorçu rejimin “ombudsmanı” sayılan Artak Beqlaryan ad-soyadlı məxluqun “hökumət”lə etirazçılar  arasında  vasitəçiliyindən sonra Kəlbəcərdəki yeni SES-in tikntisinin dayandırılmasına qərar verilib. A.Beqlaryan erməni politoloq və şagirdlərdən etiraz aksiyalarını dayandırmaqlarını xahiş edib.

A.Kananyan isə yalnız Tərtər çayı üzərindəki yeni SES-in tikintisinin dayandırıldığına tam əmin olduqdan sonra aclıq aksiyasını dayandıracağını bildirib.

P.S. Xatırladaq ki, ermənilərin torpaqlarımızı işğal etməsindən sonra Tərtər çayının Sərsəng su anbarından keçməklə Azərbaycanın nəzarətində olan Tərtər və Bərdə rayonlarının ərazisindən 
axan hissəsi yaz-yay aylarında, demək olar ki, tamamilə quruyur. Bu da təsərrüfat sahələrinin sulanmasında ciddi problem yaradır... 

Sultan Laçın
Tarix: 23-01-2020, 10:54
Xəbəri paylaş





Xəbər lenti