“İnzibati resurslar Oktay Əsədov üçün istifadə edilir” - deputatlığa namizəd


Oqtay Əsədov

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının (MSK) və 45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, baş redaktor Zahir Əzəmətin şikayətinə baxacaq.


Bu barədə Bizimyol.info-ya Zahir Əzəmət məlumat verib.


Zahir Əzəmət Zahir Əzəmət


O, iddia edib ki, Dairə Seçki Komissiyası hüquqi əsas olmadan onun namizədliyini qeydə almayıb: “Səbəb kimi əmlak uyğunsuzluğu göstərildi. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən aldığım arayışı Dairə Seçki Komissiyasına təqdim eləmişəm. Elə həmin arayışın əsasında mən bildirişi doldurmuşam. Sonra məlum oldu ki, məndən 15 gün qabaq Dairə Seçki Komissiyası Əmlak Komitəsinə sorğu göndərərək cavab alıb. Nəticədə ortaya iki fərqli arayış çıxıb. Demək ki oyunun içində Əmlak Komitəsi də var. Yəqin Əmlak Komitəsinə bildirilib ki mənə verilən arayış Dairə Seçki Komissiyasına verilən arayışdan fərqli olsun. Amm afakt odur ki hər iki sənəddə Əmlak Komitəsinin möhürü var.

Sonra daha bir qanun pozuntusu baş verid. Uyğunsuzluğun düzəldilməsi üçün mənə 48 saat vaxt verilməliydi. Bu vaxtı da mənə vermədilər. Mərkəzi Seçki Komissiyasının da qərarı Dairə Seçki Komissiyasının qərarı ilə eyni oldu”.

Z.Əzəmət deyib ki, inzibati resurslar onun rəqibi, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Oktay Əsədov üçün istifadə olunur: “Mərkəzi Seçki Komissiyasının qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etdim. Mənim əleyhimə olaraq vaxt uzadıldı. Dünən məlumat verildi ki mənim şikayətimə bu gün Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Bu şəkildə inzibati təzyiq var. Hesab edirəm ki, bu təzyiq ən aşağı səviyyədə 45 saylı Abşeron seçki dairəsindən rəqibim Oktay Əsədov tərəfindən edilir. Belə nəticəyə gəlmək olar ki, inzibati resurslar Oktay Əsədov üçün istifadə edilir. Çünki buna başqa əsas tapa bilmirəm. Əsas seçici imzasıdır ki, o yerindədir, gəlir deklarasiyasıdır, o da yerindədir. Hər şey yerindədir. Burada anlaşılmaz bir durum yaranıb.

İnternet kanalları və saytları 45 saylı Abşeron seçki dairəsində keçirdiyi sorğudan bəlli olur ki, seçicilər keçən parlament seçkilərində 23 min səs toplandığı iddia edilən Oktay Əsədovu tanımırlar. Bu gün Dairə Seçki Komissiyasının qərarı məlum olacaq. Biz də ona uyğun hüquqi addım atacağıq. Hətta xeyrimizə cavab alsaq da, növbəti şikayət etməyi də düşünür ki namizədlər start vəziyyətinə qaytarılmalıdır. Çünki mənim 23 günlük təbliğat-təşviqat müddətimin yarısından çoxu gedib. Bütün seçkiyə hazırlığımız, strategiyamız pozulub. Artıq demək olar ki zamanımız da qalmayıb. Bax belə anlaşılmaz durum yaranıb”.


Tarix: 24-01-2020, 14:34
Xəbəri paylaş





Xəbər lenti